Öz mülahizəsinə görə vertolyot sifariş etmək üçün IPhone’u əlinizə götürün və AVIAV TM (Cofrance SARL)-dan rahat və müasir bir proqram açın. İstifadəçi üçün rahat interfeysi olan xidmət, qanadlı arzularınızı həyata keçirməyə imkan verəcək. Bunları bəlkə də uzun müddət planlaşdırıbsınız:

  • doğma və ya başqa bir şəhər üzərində ekskursiya etmək,
  • qəribə yerləri və ətrafları quş uçuşu yüksəkliyindən görmək və yeni təəssüratlar əldə etmək,
  • havalimanından transfer zamanı iş vaxtınızın bir saniyəsini belə itirmədən, vertolyotda işgüzar görüş keçirmək,
  • və ya sadəcə inanılmaz selfi etmək —

bütün bunlar AVİA Çarter vasitəsilə vertolyot sifariş etmə xidmətindən istifadə etdiyiniz halda mümkündür.

AVİA Çarter əlavəsindən istifadənin üstünlükləri

  • Sürət və rahatlıq.
  • Robinson, Sikorsky, Eurocopter, Bell, Mi 8, Agusta və başqaları kimi ən məşhur dünya istehsalçılarının ən yaxşı vertolyotlarının geniş bazası:
  • Verilmiş parametrlərə əsaslanaraq qanadlı maşını sərbəst şəkildə, məsləhətçinin köməyinə ehtiyac olmadan seçmək imkanı. Modeli sərnişinlərin sayına, uçuşun yüksəkliyinə və uzaqlığına, ərazinin xarakteristikalarına, eniş zonasının hava şəraitinə görə müəyyən etmək olar.
  • Bizim bazanın bütün vertolyotlarının texniki yüksək xüsusiyyətləri və etibarlılığı. Bütün vertolyotlar məcburi dövri baxışdan keçirilir və lazım gəldikdə təmir işləri aparılır.
  • İldırım sürəti ilə sifariş — bəzən hava gəmisinin verilməsi hətta sizin əlavədən istifadə etdiyiniz andan etibarən üç saat vaxt ərzində mümkündür. Siz AVİA Çarter-də lazım olan vertolyot modelini klikləyən kimi, göstərdiyiniz əlverişli vaxtda menecer detalları dəqiqləşdirmək üçün zəng edəcək və sifarişi təsdiq edəcək.
  • Ofisdən, evdən, oteldən vertolyot icarəyə götür xidməti — 24 saat ərzində, dünyanın istənilən nöqtəsindən, istirahət günləri olmadan.

До вертолета рукой подать

  • Hətta ən təcrübəsiz istifadəçi üçün aydın və əyani əlavə. Menyuda olan bütün virtual klavişlər xüsusi rəmzlərlə təkrarlanır. Məhz buna görə hətta uşaq da asanlıqla vertolyot sifariş edə bilər, və bu vertolyot oyuncaq deyil, həqiqi və təhlükəsiz olacaq.
  • Ehtimal olunan uçuş zonasında gözlənilən hava şəraiti haqqında məlumat. Meydana gəlmiş güclü leysan, qızmar günəş, külək kimi hava şəraitinə hazır olmağa və qarşıdakı səyahəti proqnozlaşdırmağa imkan verəcək. Bu uçmaqdan qorxanlar üçün çox vacibdir. Çünki hamımız bilirik ki, vertolyotlar hava şəraitindən çox asılıdır.

 

AVİA Çarter əlavəsində vertolyotun icarəsi — addımbaddım təlimat

Müasir aviasiyanın təklif etdiyi güzəştlərdən və xidmətlərin bütün növlərindən istifadə etmək üçün aşağıdakıları eymək lazımdır:

  1. . AppStore-də Avropa brokeri AVIAV TM (Cofrance SARL)-dan xüsusi AVIA Çarter əlavəsini yükləmək.
  2. Menyuda məlumatı qəbul etmək və daxil etmək üçün əlverişli olan istədiyiniz dili seçmək.
  3. Vertyotu icarə etmək üçün sizi maraqlandıran tarixləri göstərmək.
  4. İstənilən icarə müddətini və hava səyahəti yerini, habelə yola düşmə və enmə meydançasını daxil etmək.
  5. Qaldırıcı qüvvə, sərnişinlərin sayı, səyahət müddəti kimi verilmiş parametrlər üzrə sizi maraqlandıran vertolyotun seçilməsi üçün məlumatı daxil etmək.
  6. Vertolyotun icarəsinin məqsədi qeyd etmək — gəzinti, transfer, işgüzar danışıqlar, təntənəli hadisə, foto çəkiliş.
  7. Şəxsi əlaqə məlumatlarını göstərmək və AVIAV TM ixtisaslı menecerinin geri zənginni gözləmək. Yüksək səviyyəli işgüzar etikasına malik olan mütəxəssis sifarişin parametrlərini dəqiqləşdirəcək, onu tam məxfi saxlayacaq və seçilən müddətə üçün vertolyotun icarəsini təsdiq edəcək.
  8. Təyin olunmuş gündə və saatda uçuş meydasına gəlmək.

Ən müasirlər üçün

AVIAV TM (Cofrance SARL) şirkəti

  • öz adını uca tutur,
  • razılaşmanın şərtləri həmişə yerinə yetirir,
  • yalnız ən müasir texnologiyalardan istifadə edir,
  • yalnız sınanmış təchizatçılar xidmətləri ilə əməkdaşlıq edir,
  • bütün dünyada etibarlı əlaqələrə malikdir,
  • bütün planet üzrə hətta ən ucqar və əlçatmaz hava limanlarında vertolyotun havaya qalxmasını və enməsini təşkil edə bilər. Məsələn, çox hallarda özəl təyyarələrin külək və pis görüntü kimi hava şəraitinə görə yerə enməsi mümkün olmayan Куршевеле 1850-də.

AVIAV TM şirkətindən AVİA Çarter rahat mobil əlavəsi, xüsusi olaraq bahalı telefonlar və aviasiya sahəsində ən yaxşı xidmətlərdən istifadə etməyə alışmış imtiyazlı müştərilərimiz üçün işlənmiş və yaradılmışdır.

 

AVIAV TM (Cofrance SARL) ilə birlikdə mobil telefonunuzda vertolyotu icarəyə götürün!