Əsəbi sərnişinlər, indi sayıq olmağa çalışın. Ölü bədənlərdən tutmuş ildırım vurma ehtimalına qədər – bu 18 fakt sizi növbəti uçuşdan imtina etmə məcburiyyəti qarşısında qoymağa qadirdir. Xoşbəxtlikdən, uçuş, xüsusilə şəxsi təyyarədə – hərəkətin ən təhlükəsiz üsullarından biridir (əlbəttə, əgər müvəffəqiyyətlə göyə qalxmağa nail ola biləcəksə).
- Pilotların əksəriyyəti ildırım çaxnaması ilə üzləşib
Bir pilotun dediyi kimi: “İldırım məni iki dəfə vurub. Pilotların əksəriyyəti kimi. Təyyarələr elə quraşdırılıb ki şimşəkləri özünə cəlb edir. Siz sadəcə boğuq səs eşidir və parlaq işartı görürsünüz, vəssalam. Bu heç də o demək deyil ki, şimşək çaxmasından sonra təyyarə yerə düşməlidir”.
- Bir çox təyyarələr, mülki aviasiya rolunu yerinə yetirərək, cəsədlər və insan orqanları daşıyır
Bir pilot Reddit nəşrinin səhifələrində yazıb: “Bir çox yüklərin hava ilə daşınması kommersiya uçuşlarında baş verir. Yüklərdən biri həmişə HR-ın (Human Remains) ingilis dilli abreviaturası ilə nişanlanırdı ki, bu da hərfi tərcümədə “insan qalıqlarları” mənasını verir. “Bəzi insanlar dəfn olunmasını istədikləri yerdən uzaqda. Onları taxta karkası olan yeşiklərə qoyurlar, buna görə heç bir sərnişin yeşikdəkinin nə olduğunu dəqiq bilmir ki – yalnız konteynerin özünün qeyri-adi forması şübhə yarada bilər”. Əgər siz Delta aviaşirkəti ilə uçuş zamanı HR abreviaturasını eşidir və ya görürsünüzsə, bu o deməkdir ki, yük bölməsində ölü bədən var.
Bəzi şirkətlər, məsələn EasyJet kimi, yük hava daşınmaları ilə məşğul olmurlar, buna görə ola əmin bilərsiniz ki, onların anbarlarında tabut yoxdur.
Bəzən də sərnişinlər elə uçuş zamanı ölür və müxtəlif havayolları bu məsələləri fərqli olaraq həll edir.
- Pilotlar yorulanda bəzən elə kabinadaca yatırlar
BALPA (Britaniya uçuş assosiasiyası) pilot birliyi tərəfindən aparılan sorğuda pilotların yarıdan çoxu (56%) kabinada yuxuya düşdüklərini etiraf etdilər. Eyni zamanda, respondentlərin təxminən üçdə biri (29%) oyanaraq, aşkar edirdilər ki, ikinci pilot da yatır.
- Rolls Royce aviasiya mühərriklərini ölü cücələri topdan buraxaraq yoxlayır
Quşlar saatda 299 kilometrə qədər sürətlə uça bilir, ona görə bu bir az Angry Birds oyununa oxşayır.
- Aviasiya mühafizəsi ekipaja sərxoş sərnişinin öhdəsindən gəlməyə kömək etməyəcək
Tez-tez belə bir vəziyyət yaranır ki, sərxoş sərnişin gəmidə səs-küy yaratmağa başlayır – bu, terrorçuların ən çox xoşladıqları hiylədir və gəmidə mülki mühafizənin olub-olmadığını anlamağa imkan verir. Əgər təyyarənin qaçırılması ehtimalını azaltmaq istəyirsinizsə, onda bircə çıxış yolu var – özəl təyyarəni icarəyə götürmək.
- Çox vaxt təyyarədə balta aşkar etmək olar
Çox vaxt təyyarələrin içində baltanın mövcudluğu tələb olunur, və bu balta elektrik səbəbindən baş verən yanğın zamanı illüminatorları və ya divarları deşib keçmək üçün lazımdır. Mövcud məlumatlara görə, baltanın köməyi ilə Germanwings aviaşirkətinin pilotu Patrik Zondenxaymer, sonradan layneri düz Fransız Alpının qayalıq süxuruna istiqamətləndirmiş ikinci pilot Andreas Lubisin qapandığı (icəridən qıfılladığı) kabinaya yol açmağa çalışdı.
- Təyyarələrdə “yeni” qulaqlıq hər zaman həqiqətən yeni deyil
Hava yolunun anonim əməkdaşı deyib: “Uzunmüddətli uçuşlar zamanı sərnişinlərə verilmiş qulaqlıqlar germetik paketə lehimlənmiş olsa da yeni deyil. Əslində, uçuşun bitməsindən sonra onlar yenidən təmizlənir və möhürlənir. Və bu, təyyarənin salonlarında tapıla biləcək yeganə iyrənc şey deyil.” Yəqin ki, yalnız özəl təyyarələrin sərnişinləri belə hallardan uzaq olmalarına ümid edə bilərlər.
- Təyyarə salonunda işıq qəza ehtimalına görə azaldılır
Pilot Tim Morqan Quora səhifələrində yazıb: “Təyyarə gecə endiyində, təyyarə salonunda işıq enmə zamanı evakuasiya zərurəti yarandığı ehtimalına görə azaldılır. Belə olduğu halda gözlərinizin qaranlığa uyğunlaşması üçün vaxtınız olacaq ki, təyyarənin xaricində olanları daha yaxşı görə biləsiniz.”
- Pilotların səlahiyyəti
Qanuna görə pilotlara insanları həbs etməyə, cərimələri yazmağa və hətta ölüm ayağında olan sərnişinlərin son iradəsinin şahidi olmağa (yəni vəsiyyətlərini təsdiq etməyə) icazə verilmişdir.
- Qəhvədən imtina edin
Yenə də Reddit səhifələrində istifadəçilərdən biri yazdı: “Təyyarədə qəhvə tamamilə iyrəncdir, çünki heç kim hər səhər reysə çıxan konteynerləri və rezervuarları yumur. Xidmət edən personala ya çox az maaş verirlər, ya da ki təmizləmə üçün lazımi materiallar vermirlər, buna görə onlar çox vaxt texnikanı sadəcə yaxalayır və ona yeni porsiya qəhvə atırlar”.
- Günün sonuna yaxın turbulentliyi pisləşir
Reader’s Digest səhifələrində belə xəbər çıxdı: “Əgər siz təyyarələrdə uçmağa qorxursunuzsa, özəl təyyarələrlə uçduğunuzdan və ya kommersiya marşrutlarından istifadə etdiyinizdən asılı olmayaraq biletləri səhər reysinə sifariş etməyə çalışın. Məsələ ondadır ki, yerdən qalxan istilik hava çuxurları yaradır, bundan başqa, günün ikinci yarısında həmişə tufan ehtimalı artır”.

- Vaxtında gəlmək daha vacibdir, nəinki bütün sərnişinləri gətirmək
Digər pilot əlavə edib: “Birləşmiş Ştatların nəqliyyat nazirliyi dəqiqliyə o qədər diqqət yetirir ki, birləşdirici reyslərin təxirə salınması səbəbindən təxminən 20% -i geciksə belə, pilotların uçuşu təxirə sala bilməyəcəyinə dair fərman verib.
- Pilotlar müxtəlif yeməklər yeməlidirlər
Həm kommersiya, həm də özəl təyyarələrin pilotları eyni yeməyi yeyə bilməzlər, qida zəhərlənməsi almaq riskinə görə. Əlbəttə, əgər hər iki pilot vegetarian olsa vəziyyət mürəkkəbləşəcək. Həmçinin onlara öz yeməklərini bölüşməyə icazə verilmir.
- Tualetlər bayırdan blokdan çıxarıla bilər
Sanitar qovşağında sanitar otağı nişanının daxilində gizlədilmiş kiçik rəzə var, bu rəzəni çəkmək olar və qapı açılacaq. Ku-ku!
- 2003-cü ildə təyyarə oğurlanmışdı… və o vaxtdan onu görən olmayıb
25 may 2003-cü il tarixində yük aviasiyasının ehtiyacları üçün təzədən düzəldilən və dizel yanacağını daşıyan Boeing 727 iki mexanik tərəfindən oğurlanmışdı. FTB və MKİ beynəlxalq axtarışlara başladı, amma təyarəni qaçıranlar tapılmadı, təyyarənin özü isə sanki havada yox oldu.
- Şahzadə Çarlza və Şahzadə Uilyama birlikdə uçmağa icazə verilmir
Kraliçanın xahişi ilə onun oğlu və böyük nəvəsi bir reyslə uça bilməzlər. Aydın məsələdir ki, kraliça, aviaqəzasının olması halında birdən birə iki varisindən məhrum olmaq istəmir.
- Hava uçuşu təhlükəsizlik səviyyəsinə görə ikinci ən təhlükəsiz nəqliyyat növüdür
Əgər sizə maraqlıdırsa, təyyarələrdən daha təhlükəsiz olan yalnız liftlərdir.
- Ən qısa kommersiya uçuşu Orkney adaları arasında həyata keçirilir.
Şotlandiya arxipelaqı adalarının arasında uçuş distansiyası hətta Edinburq hava limanının uçuş-enmə zolağından da qısadır. Vestrey və Papa Vestrey adaları arasında yalnız iki dəqiqəlik uçuş dünyanın ən qısa kommersiya uçuşu sayılır. Yeri gəlmişkən, bu uçuş üçün geri qaytarılan biletin qiyməti 63 dollardır.
Şoşina Olqa
